Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2 min 672,18 kq qızıl ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 43,3 % çoxdur.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri 96 milyon 107,83 min ABŞ dolları (+26,3 %) təşkil edib.
Bu ilin yanvar-avqust aylarında qızılın bütün həcmi İsveçrəyə ixrac edilib.