Azərbaycan bu il Kuzbassdan 337 ton buğda unu idxal edib

Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Kuzbass bölgəsindən 336,8 ton buğda unu idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, bu il Kuzbassdan taxıl və paxlalılar, həmçinin taxıl emalı məhsullarının ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 101 400,9 tona çatıb.

Hesabat dövrünə bölgənin əsas idxalçısı Qazaxıstan olub. Bu ölkə Kuzbassdan 17 955,77 ton buğda, 12 990,65 ton arpa və 10 128 ton kəpək alıb.

Digər xəbərlər