Azərbaycan bu il Gürcüstanın 3-cü əsas ixrac tərəfdaşı olub

Bu ilin ilk 11 ayında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 997 milyon 293,4 min ABŞ dolları təkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 20 % çoxdur.

Yanvar-noyabrda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,8 % paya sahib olub və qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixracın dəyəri 488,3 milyon ABŞ dollarına (+ 22,2 %) bərabər olub. Gürcüstanın ümumi ixracında 12,8 % payla Azərbaycan qonşu ölkənin Çin və Rusiyadan sonra III əsas ixrac tərəfdaşı olub.

Qonşu ölkə Azərbaycandan 509 milyon ABŞ dolları dəyərində məhsul tədarük edib ki, bu da illik müqayisədə 12,7 % çoxdur. Gürcüstanın ümumi idxalında Azərbaycan 5,7 % payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V yerdə qərarlaşıb.

Digər xəbərlər