Bu il Azərbaycan Rusiyanın Çuvaşıstan bölgəsindən 15,8 ton dondurma idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, ilin əvvəlindən Çuvaşıstandan ümumilikdə 18 partiyada 79,1 ton dondurma ixrac edilib ki, bu da illik müqayisədə 3 % çoxdur.
Hesabat dövründə regiondan həmçinin Monqolustana 33,2 ton, Qazaxıstana isə 27,2 ton dondurma tədarük edilib.