Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyanın Çuvaşıstan bölgəsindən 529,2 ton məhsul idxal edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycanın idxalı regionun ümumi ixracının 8,4 %-ni təşkil edib.
Bununla da, Azərbaycan bölgədən məxsul idxal edən ölkələr sıralamasında 2-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Çuvaşıstan məhsullarının əsas alıcıları Çin (41,3 %), Belarus (7,3%), Polşa (6,9 %) və Tacikistan (6,1 %) olub.
I rübdə Çuvaşıstandan ümumilikdə 6,3 min ton yerli istehsal məhsul ixrac edilib.