Bu ay Azərbaycan Rusiyanın Kurqan vilayətindən 17 ton ət konservi idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, məhsullar 2 partiyada göndərilib.
Bütün ixrac edilən məhsullar labaratiyalarda yoxlanılıb və idxalçı ölkənin baytarlıq-sanitariya tələblərinə cavab verib.
Xatırladaq ki, ilin əvvəlindən Kurqandan Azərbaycana 67,6 ton, Tacikistana 14,9 ton, Özbəkistana isə 16,6 ton ət konservi ixrac edilib.