Ötən il Azərbaycan 83 min ABŞ dolları dəyərində 103 ton üzüm şirəsi ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 46 %, kəmiyyət olaraq – 43 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 57,74 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 77,36 ton (+41%), Malayziyaya 13,69 min ABŞ dolları dəyərində (+17 %) 13,86 ton (+7,7 %), Ukraynaya 6,25 min ABŞ dolları dəyərində 8,22 ton (bir il əvvəl tədarük olmayıb), Bruney-Darüssalama 5,28 min ABŞ dolları dəyərində 3,06 ton və İndoneziyaya 0,01 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bruney-Darüssalama tədarük həyata keçirilib.