Ötən il Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 950 min 537 kvadratmetr pəncərə pərdəsi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % azdır) 839 min 631 kvadratmetr (-10 %), Böyük Britaniyadan 217,4 min ABŞ dolları dəyərində (+5 425 dəfə) 1 min 126 kvadratmetr (+70 dəfə), Çindən 144 min ABŞ dolları dəyərində (+58 %) 101 min 410 kvadratmetr (+19 %), İtaliyadan 39,3 min ABŞ dolları dəyərində (-15 %) 537 kvadratmetr (-81 %), Almaniyadan 32 min ABŞ dolları dəyərində (+2 dəfə) 5 min kvadratmetr (+58 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana idxal edilən 1 milyon kvadratmetr pəncərə pərdəsinin 87,7 %-i Türkiyənin payına düşüb.