Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın videokonfrans formatında 12-ci iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iclas iki ölkənin Baş Nazirlərinin birinci müavinləri - Yaqub Eyyubov və İqor Petrişenkonun iştirakı ilə baş tutub. Tərəflər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34