Azərbaycan BƏƏ-yə at tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 517 min ABŞ dolları dəyərində 2 min 794 ədəd at ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 21 % azdır.

Hesabat dövründə Azərbaycan Qazaxıstana 395 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % azdır) 2 min 309 ədəd (-27 %), Özbəkistana 92,1 min ABŞ dolları dəyərində 367 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 12,8 min ABŞ dolları dəyərində (+72 %) 64 ədəd (+68 %), Qırğızıstana 6,75 min ABŞ dolları dəyərində (-85 %) 45 ədəd (-85 %), Gürcüstana 4,6 min ABŞ dolları dəyərində (-40 %) 4 ədəd (-50 %) at satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ, 1,2 min ABŞ dolları dəyərində 1 ədəd) olaraq tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan 5 ölkəyə ixrac edilən 3 min 524 ədəd atın 90,1 %-i Qazaxıstanın payına düşüb.

Digər xəbərlər