Bu ilin yanvar-may aylarında Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 1 040 ton albalı və gilas ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 78 %, kəmiyyət olaraq – 62 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 78 % çoxdur) 1 035 ton (+62 %), Qazaxıstana 4,4 min ABŞ dolları dəyərində (+7,3 dəfə) 4,1 ton (+3,4 dəfə) və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,3 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından BƏƏ-yə albalı və gilas tədarükünü bərpa edib.