2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 270 milyon ABŞ dolları dəyərində 328 min 912 ton polad prokatı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 139 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 210 min 674 ton (+49 %), Çindən 90,7 milyon ABŞ dolları dəyərində (+10 %) 80 min ton (+19 %), Türkiyədən 16,6 milyon ABŞ dolları dəyərində (-21 %) 13 min 872 ton (-11 %), Qazaxıstandan 11,1 milyon ABŞ dolları dəyərində (-46 %) 11 min 400 ton (-40%), İrandan 8,5 milyon ABŞ dolları dəyərində (+4,2 dəfə) 10 min ton (+5 dəfə) məhsul alıb.
Azərbaycan 3 il 10 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) (9,2 min ABŞ dolları dəyərində 0,5 ton) və 2 il 6 aylıq aradan sonra Belarusdan (46 min ABŞ dolları dəyərində 41,5 ton) tədarükü bərpa edib.