2023-cü ildə Azərbaycan 2,25 milyon ABŞ dolları dəyərində 257 ton püstə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq - 34 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 140 ton (+1 %), Türkiyədən 867 min ABŞ dolları dəyərində (+2 dəfə) 81,8 ton (+67 %), Amerika Birləşmiş Ştatlarından 278 min ABŞ dolları dəyərində (+15 dəfə) 29,5 ton (+15 dəfə), Qırğızıstandan 46 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 5 ton (+2,5 dəfə), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,7 min ABŞ dolları dəyərində 0,03 ton püstə alıb.
Azərbaycan 7 il 7 aylıq fasilənin ardından BƏƏ-dən püstə tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 192 ton püstənin 72,4 %-i İranın, 25,6 %-i Türkiyənin payına düşüb.