Azərbaycan BƏƏ-dən araxis idxalını 17 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 581 ton konservləşdirilmiş araxis idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 921 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 81 % azdır) 345 ton (+2 dəfə), Türkiyədən 183 min ABŞ dolları dəyərində (-0,04 %) 41 ton (-9 %), Özbəkistandan 182 min ABŞ dolları dəyərində 91 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynadan 101 min ABŞ dolları dəyərində (+2 %) 20 ton (-9 %), Birləşmiş Ərəb Əmirliklərindən 93 min ABŞ dolları dəyərində (+19 dəfə) 28 ton (+17 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 22 ölkədən idxal edilmiş 755 ton araxisin 52 %-i Çinin payına düşüb.

Digər xəbərlər