Azərbaycan bazarına qablaşdırmaya tələbatın 30 %-ini ödəyəcək şirkət daxil olub

İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkında dünən açılan müəssisə “UPI - Universal Packing İndustry” (qofro karton, fayl) ölkənin qablaşdırma sənayesində daxili bazarın tələbatını 30 % ödəyəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müəssisənin rəhbəri Fikrət Vəliyev deyib.

Onun sözlərinə görə, ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıq olan zavodda 20 çeşiddə məhsul istehsal olunur: “Müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur".

O qeyd edib ki, müəssisənin illik istehsal gücü 30 milyon metr kvadrat karton, 25 milyon ədəd fayldır.

F. Vəliyev artıq sifarişlərin olduğunu da qeyd edib.

Digər xəbərlər