Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına icraçı direktor təyin edilib

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktor vəzifəsinə təyinat olub.

"Report" xəbər verir ki, bu vəzifə qurumun Nəzarət-təftiş komitəsinin üzvü, avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyevə həvalə edilib.

Vəzifə təyinatı ilə bağlı qərar AADA-nın geniş tərkibdə toplantısında qəbul edilib. Toplantıda həmçinin Assosiasiyanın İdarə Heyəti tam formalaşdırılıb.

Digər xəbərlər