Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 4,6 milyon ABŞ dolları dəyərində 45,8 min dekalitr araq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,4 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Azərbaycan Rusiyadan 1,82 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 18,8 min dekalitr (+2 %), Belarusdan 600,6 min ABŞ dolları dəyərində (-6 %) 10,31 min dekalitr (+3,5 %), Ukraynadan 571 min ABŞ dolları dəyərində (+15 %) 6,2 min dekalitr (+15,2 %), Fransadan 387 min ABŞ dolları dəyərində (+23 %) 0,9 min dekalitr (+15 %), Finlandiyadan 258 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 1,58 min dekalitr (+2,2 dəfə) araq alıb.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 829 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 15,63 min dekalitr (+6,7 dəfə) araq ixrac edib.
Azərbaycan Avstriyaya 478 min ABŞ dolları dəyərində 7,98 min dekalitr, İraqa 151 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 3,51 min dekalitr (+3,7 dəfə), Bolqarıstana 95 min ABŞ dolları dəyərində 1,45 min dekalitr, Türkiyəyə 69 min ABŞ dolları dəyərində (+3,1 dəfə) 2,5 min dekalitr (+13 dəfə), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 27,4 min ABŞ dolları dəyərində (+47 %) 0,13 min dekalitr (+63 %) araq satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyaya tədarük həyata keçirilib.