Azərbaycan Ankaradan məhsul idxalını artırıb

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin paytaxtı Ankara şəhərindən Azərbaycana 151 milyon 924 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,6 % çoxdur.

Həmçinin cari ilin iyul ayında Ankaradan ölkəmizə 25 milyon 220 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25,1 % artım deməkdir.

Digər xəbərlər