Bu ilin yanvar-iyul aylarında Azərbaycan 26,6 milyon ABŞ dolları dəyərində 2 min 673 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 93 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 2 min 111 ədəd (+2,1 dəfə), Polşadan 2 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 208 ədəd (+2,3 dəfə), Niderlanddan 1 milyon ABŞ dolları dəyərində (+24 dəfə) 68 ədəd (+14 dəfə), Türkiyədən 914 min ABŞ dolları dəyərində (-46 %) 69 ədəd (-32 %), Fransadan 514 min ABŞ dolları dəyərində (+88 %) 54 ədəd (+74 %) sistern alıb.
2022-ci ildə Azərbaycana (26 ölkədən) idxal edilmiş 3 min 357 ədəd sisternin 78 %-i Almaniyanın payına düşüb.