Bu ilin yanvar ayında Azərbaycana xaricdən 175 min ABŞ dolları dəyərində 10,73 min dekalitr səməni pivəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 63,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 85,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 4,7 min dekalitr (+2,8 dəfə), Meksikadan 50,5 min ABŞ dolları dəyərində 3 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Çexiyadan 20,82 min ABŞ dolları dəyərində 1,29 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 13 min ABŞ dolları dəyərində (-43 %) 1,45 min dekalitr (-37 %), Belarusdan 3,23 min ABŞ dolları dəyərində (-69 dəfə) 0,24 min dekalitr (-83 dəfə) pivə alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilən 358 min dekalitr pivənin 23 %-i Rusiyanın, 22 %-i Qazaxıstanın, 18,2 %-i Türkiyənin payına düşüb.