Azərbaycan Almaniyadan gənəgərçək yağı tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycana 12,6 min ABŞ dolları dəyərində 3,8 ton gənəgərçək yağı (təbabətdə və kosmetologiyada istifadə olunur) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 98 %, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 6,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 2,25 ton (+3,5 dəfə), Rusiyadan 5,8 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 1,5 ton (+4,6 dəfə), Almaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton və Türkiyədən 0,03 min ABŞ dolları dəyərində (-80 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Almaniyadan tədarük həyata keçirilib.

Digər xəbərlər