Azərbaycan ABŞ-dən püstə alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1,5 milyon ABŞ dolları dəyərində 164,5 ton püstə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 88 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 708,35 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 % çoxdur) 95,4 ton (+73 %), Türkiyədən 603,7 min ABŞ dolları dəyərində (+2 dəfə) 47,6 ton (+56 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 207 min ABŞ dolları dəyərində (+12 dəfə) 21 ton (+11 dəfə), Qırğızıstandan 7,8 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 0,3 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) püstə alıb.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 257 ton püstənin 54,4 %-i İranın, 31,5 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər