Azərbaycan ABŞ-dan qarğıdalı yağı tədarükünü bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 17,32 milyon ABŞ dolları dəyərində 10 min 607 ton qarğıdalı yağı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 7,34 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 1,4 % azdır) 4 min 131 ton (-4,3 %), Rusiyadan 7,1 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 4 min 585 ton (+4,4 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,58 milyon ABŞ dolları dəyərində 1 min 771 ton, İtaliyadan 325 min ABŞ dolları dəyərində (+92 %) 116 ton (+97 %), Almaniyadan 11,24 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1,7 ton (+84 %) qarğıdalı yağı alıb.

Azərbaycan 1 il 11 aylıq fasilənin ardından ABŞ-dan qarğıdalı yağı tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilmiş 17 min 364 ton qarğıdalı yağının 46,8 %-i Türkiyənin, 37,3 %-i Argentinanın, 14,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər