Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyanın Şimali Osetiya bölgəsindən 1 020 ton heyvan yemi idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində regiondan ümumilikdə 2 340 ton heyvan yemi ixrac edilib ki, bu da illik müqayisədə 36,8 % çoxdur.
Hesabat dövründə bölgədən heyvan yeminin əsas tədarükçüləri Gürcüstan (1 300 ton) və Azərbaycan olub.
Təkcə sentyabr ayında isə Şimali Osetiyadan Azərbaycan və Gürcüstana 240 ton heyvan yemi ixrac edilib.