Bu ilin ilk 10 ayında Azərbaycana 85,4 milyon ABŞ dolları dəyərində 23 min 873 ton şokolad idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20,3 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 36,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 13 min ton (-2 %), Türkiyədən 12,55 milyon ABŞ dolları dəyərində (+21 %) 2 min 490 ton (+4,6 %), Ukraynadan 8,5 milyon ABŞ dolları dəyərində (+66 %) 2 min 697 ton (+54,4 %), Polşadan 6,81 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 1 min ton ton (+3 dəfə), Niderlanddan 4,45 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 864 ton (+2 dəfə) şokolad alıb.
Azərbaycan 6 il 8 ayın tamamında Səudiyyə Ərəbistanından (0,9 min ABŞ dolları dəyərində 0,07 ton), 4 il 10 aylıq aradan sonra Xorvatiyadan (2,14 min ABŞ dolları dəyərində 0,07 ton), 4 il 8 aylıq fasilənin ardından Tailanddan (0,4 min ABŞ dolları dəyərində 0,02 ton) və 4 il 3 aydan sonra Vyetnamdan (0,12 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilmiş 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12 %-i Türkiyənin, 8,4 %-i Ukraynanın payına düşüb.