Azərbaycan 4 ölkədən hibrid avtomobillərin tədarükünü kəskin artırıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 134,6 milyon ABŞ dolları dəyərində 10 min 483 ədəd hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobil gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 93 % çoxdur, kəmiyyət olaraq – 8,6 % azdır.

Hesabat dövründə Yaponiyadan 63,284 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,2 % çoxdur) 8 min 366 ədəd (-23 %), Amerika Birləşmiş Ştatlarından 29,438 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 978 ədəd (+2,6 dəfə), Almaniyadan 23,216 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 405 ədəd (+7,4 dəfə), Çindən 5,173 milyon ABŞ dolları dəyərində (+272 dəfə) 214 ədəd (+214 dəfə), Böyük Britaniyadan 3,393 milyon ABŞ dolları dəyərində (+3,7 dəfə) 46 ədəd (+4,2 dəfə) hibrid avtomobil alınıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (14 ölkədən) 12 min 936 ədəd hibrid avtomobilin 99,3 %-i Yaponiyanın payına düşüb.

Digər xəbərlər