Azərbaycan 4 ölkədən avtomobil şinlərinin idxalını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 63,68 milyon ABŞ dolları dəyərində 1 milyon 283 min 747 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 43 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 53 % çoxdur) 878 min 237 ədəd (+42 %), Türkiyədən 8,15 milyon ABŞ dolları dəyərində (-6 %) 137 min 507 ədəd (-25 %), Koreyadan 3,6 milyon ABŞ dolları dəyərində (+47 %) 92 min 588 ədəd (+42 %), Rusiyadan 2,52 milyon ABŞ dolları dəyərində (-24 %) 69 min 248 ədəd (-9 %), Yaponiyadan 1,24 milyon ABŞ dolları dəyərində (-24 %) 12 min 949 ədəd (-12 %) məhsul alıb.

Azərbaycan 11 il 2 ayın tamamında Kiprdən (84,55 min ABŞ dolları dəyərində 487 ədəd), 5 il 4 aylıq aradan sonra İsveçrədən (13,55 min ABŞ dolları dəyərində 76 ədəd), 3 il 5 aydan sonra Kanadadan (1,65 min ABŞ dolları dəyərində 12 ədəd) və 1 il 9 aylıq fasilənin ardından Şri-Lankadan (14,73 min ABŞ dolları dəyərində 86 ədəd) rezin şin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycanın xaricdən (34 ölkədən) aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.

Digər xəbərlər