Azərbaycan 4 ayda Gürcüstanın mineral məhsul aldığı ikinci əsas bazar olub

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 162 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 17 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 727 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 13 % azdır.

Bu ilin ilk 4 ayında Gürcüstan Rusiyadan 302 milyon ABŞ dolları, Bolqarıstandan 52,11 milyon ABŞ dolları, Rumıniyadan 52 milyon ABŞ dolları, Türkiyədən 33,7 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər