Azərbaycan 3 ölkədən dəniz xərçəngi tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycan 10,6 min ABŞ dolları dəyərində 0,4 ton omar (dəniz xərçəngi) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 73 %, kəmiyyət olaraq – 72 % azdır.

Hesabat dövründə Azərbaycan Kanadadan 9,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 76 % azdır) 0,4 ton (-75 %), Yaponiyadan 0,5 min ABŞ dolları dəyərində 0,01 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,3 min ABŞ dolları dəyərində 0,01 ton və Omandan 0,3 min ABŞ dolları dəyərində 0,01 ton omar alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ, Oman və Yaponiyadan tədarük həyata keçirilib.

Digər xəbərlər