Azərbaycan 2 ölkədən kondisioner idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 55,9 milyon ABŞ dolları dəyərində 194 min 208 ədəd kondisioner idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 4 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 48,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % azdır) 171 min 585 ədəd (+9,5 %), Özbəkistandan 3,9 milyon ABŞ dolları dəyərində (-22 %) 13 min 385 ədəd (-30 %), Tailanddan 2,7 milyon ABŞ dolları dəyərində (-68 %) 8 min 243 ədəd (-65 %), Türkiyədən 372 min ABŞ dolları dəyərində (+0,5 %) 231 ədəd (-71 %), İtaliyadan 145,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 11 ədəd (-91 %) kondisioner alıb.

Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Slovakiyadan (7 min ABŞ dolları dəyərində 2 ədəd) və 1 il 10 aylıq ardan sonra İrandan (1,3 min ABŞ dolları dəyərində 86 ədəd) tədarükü bərpa edib.

Digər xəbərlər