Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 4,1 milyon ABŞ dolları dəyərində 5 milyon 987 min ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 %, kəmiyyət olaraq – 48 % çoxdur.
Hesabat dövründə Azərbaycan Evkadordan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 1 milyon 340 min ədəd (+81 %), Niderlanddan 481,3 min ABŞ dolları dəyərində (+8 %) 283,8 min ədəd (-15 %), Keniyadan 437,2 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 336,5 min ədəd (+4,4 dəfə), Kolumbiyadan 406 min ABŞ dolları dəyərində (+52 %) 236,2 min ədəd (+22,2 %), Türkiyədən 315 min ABŞ dolları dəyərində (+52 %) 3 milyon 318 min ədəd (+36 %) gül alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Meksikadan (0,1 min ABŞ dolları dəyərində 0,03 min ədəd) və 1 il 2 aylıq aradan sonra Zambiyadan (0,1 min ABŞ dolları dəyərində 0,2 min ədəd) tədarük bərpa edilib.
2022-ci ildə Azərbaycana (48 ölkədən) idxal edilmiş 5,9 milyon ABŞ dolları dəyərində gülün 53 %-i Ekvadorun payına düşüb.