2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 79 min 992 ton alma ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 50 milyon 151 min ABŞ dollar olub.
Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 10 min 709 ton (15,4 %), dəyər baxımından isə 6 milyon 59 min ABŞ dollar (13,7 %) çoxdur.
11 ay ərzində alma ixracından gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,2 %-ni təşkil edib.