Azərbaycan 10 ayda Cənub-Şərqi Anadoludan 62 milyon dollarlıq mal idxal edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 61,712 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 9 565,625 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 6 % azdır.

10 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (3 milyard 940,4 milyon ABŞ dolları; 8 % az) həyata keçirilib. Onu Avropa İttifaqı ölkələri (1 558,3 milyon ABŞ dolları; 6 % az) və Afrika qitəsi ölkələri (1 348,1 milyon ABŞ dolları; 8,3 % az) izləyib.

Digər xəbərlər