"Azər-Maya"nın rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Noyabrın 15-də, saat 10:00-da "Azər-Maya" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəriomanov rayonu, Dərnəgül qəsəbəsi, Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında baş tutacaq.

Toplantının gündəliyinə müəssisənin nizamnaməsinə edilən dəyişiklik layihəsinin təsdiq olunması, dövlət qeydiyyatına alınması və səlahiyyətli şəxsin müəyyənləşdirilməsi, direktorun yenidən təyin edilməsi, Müşahidə Şurasının formalaşdırılması daxildir. 

Digər xəbərlər