Koronavirusun (COVID 19) ən çox təsir etdiyi sektorlardan olan aviasiyada şirkətlər kütləvi ixtisarlara başlayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Kanadanın “Air Canada” aviaşirkəti 5 100 işçisini işdən çıxaracaq. İxtisarlar əsasən kabin heyətini əhatə edəcək.