"Audi" 2025-ci ilə qədər 9 500 işçisini ixtisar edəcək

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" şirkətinə məxsus "Audi" şirkəti 2025-ci ilə qədər 9 500 işçisini ixtisar etməyi planlaşdırır.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Audi" məsələyə rəsmi münasibət bildirməsə də, şirkətin sözçüsü xərcləri azaltmaq üçün həmkarlar ittifaqı nümayəndələri ilə danışıqların aparıldığını bildirib.

Xəbər lenti