"ASG Helicopter Services" maliyyə vəziyyətini açıqlayıb

"Silk Way Holding" MMC-yə daxil olan və Zabrat aeroportunda fəaliyyət göstərən "ASG Helicopter Services" MMC 2022-ci ili 9,883 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2 dəfə azdır.

2022-ci ildə "ASG Helicopter Services"in əməliyyat gəlirləri 88,114 milyon manat (2021-ci ilə nisbətən 5,2 % çox), əməliyyat xərcləri 68,51 (20,1 % çox), maliyyə xərcləri 7,746 milyon manat (11,6 % az), sair gəlirləri 964 min manat (6 dəfə az), xarici valyuta mübadiləsindən zərəri 382 min manat (4,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,557 milyon manat (29,7 % az) təşkil edib.

2023-cü il yanvarın 1-nə "ASG Helicopter Services"in aktivləri 272,742 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 4,5 % azalaraq 137,182 milyon manata, balans kapitalı isə 7,9 % artaraq 135,56 milyon manata çatıb.

"ASG Helicopter Services" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 34,31 milyon manat, təsisçisi 100 % Teymur Məmmədovdur.

Digər xəbərlər