“Araz Supermarket” yenidən təşkil olunur

“Araz Supermarket” MMC yenidən təşkil olunduğunu elan edib.

“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb “Baku Retail Group” MMC-nin ona qoşulmasıdır. Son nəticədə şirkətin hüquq və öhdəlikləri “Araz Supermarket”ə keçir. 

Digər xəbərlər