Alina Xələfova: "MiniBoss Business School Baku" həm biznes bilikləri verən, həm də təcrübə qazandıran ilk və yeganə məktəbdir”

"MiniBoss Business School Baku" ilk və yeganə məktəbdir ki, şagirdlərə həm biznes bilikləri verir, həm də biznes təcrübəsi qazandırır.

“Report” xəbər verir ki, bunu "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova Bakıda keçirilən 5-ci Startap Forumunda bildirib.

"Bu gün məktəbimiz üçün ilin ən həyəcanlı günlərdən biri sayıla bilər. Biz ümumilikdə 5 il ərzində 71 layihə üçün belə startap layihələr üçün forumlar keçirmişik və bu, ciddi rəqəmdir. 2021-ci ildə isə bu, yenilik idi. İlk dəfə biz şagirdlərinin biznes ideyaları üçün maliyyə dəstəyi ayıran məktəb olduq. Ümumilikdə onu deyə bilərəm ki, "MiniBoss Business School Baku" yeganə ilk məktəbdir ki, şagirdlərə həm biznes bilikləri verir, həm biznes təcrübəsi də qazandırır. Qeyd etməliyəm ki, i‌l ərzində akademik proqram daxilində şagirdlərimiz müxtəlif biznes turlara gedirlər və bu işdə bizə köməklik göstərən dövlət qurumları və həmçinin özəl şirkətlər də var", - o vurğulayıb.

A.Xələfova qeyd edib ki, "MiniBoss Business School Baku"da son bir il ərzində bir çox yeniliklər olub:

"Fevral ayından etibarən "Bakı KOB evi"ndə fəaliyyətə başladıq. Oranı təmsil edən bilik komandası da bu forumda iştirak edəcək".

Xəbər lenti

"Data Plus" ləğv olunur 20 iyun, 2025 / 17:05