Bu ilin yanvar-may aylarında Azərbaycanda 17 bazar subyekti əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətlərini könüllü aradan qaldırıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.
Onun sözlərinə görə, qeyd edilən qanun pozuntusu əlamətlərinə mobil telefonların satışı bazarında (53 %) daha çox rast gəlinib.