​Xaybulla Musalov: "Mən çətin bir mübarizədə qələbə qazandım, bu məni ikiqat sevindirir"

Bakı. 26 iyun. REPORT.AZ/ "Mən çətin bir mübarizədə qələbə qazandım, bu məni ikiqat sevindirir".

"Report" xəbər verir ki, bunu boks üzrə 75 kq çəki dərəcəsində I Avropa Oyunlarının finalına yüksələn Azərbaycan boksçusu Xaybulla Musalov jurnalistlərə açıqlamasında bildirib.

İdmançımız bugünkü rəqibinin ciddi olduğunu deyib: "Əgər o, yarımfinala qədər gəlib çatıbsa, deməli təcrübəli boksçudur". Bununla belə, X.Musalov qeyd edib ki, çıxışından tam razı deyil: "Mən döyüşümdən razı deyiləm, səhvlərim çox idi. Mən bunu xoşlamıram. Amma döyüş tamaşaçılar üçün maraqlı keçdi. Mən bir qədər emosional idim". 

Digər xəbərlər