Bakı. 1 iyul. REPORT.AZ/ Reuters xəbər agentliyi I Avropa Oyunlarının ən yaxşı məqamlarını əks etdirən fotoları dərc edib.
"Report"un verdiyi xəbərə görə, Britaniya agentliyi "Bakı 2015" I Avropa Oyunlarının ən yaxşı məqamlarını əks etdirən kadrları öz veb-səhifəsində yerləşdirib.
Foto albomda Azərbaycan idmançılarının uğurlu çıxışları və I Avropa Oyunlarının bağlanış mərasimindən olan kadrlar oxucuların diqqətinə çatdırılır.