Patrik Hikki: "II Avropa Oyunlarının Qərbi Avropada keçirilməsini istərdim"

Bakı. 25 iyun. REPORT.AZ/ "II Avropa Oyunlarını keçirməyə 4 şəhər namizəddir". Report"un məlumatına görə, bunu "Associated Press"ə açıqlamasında Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki deyib. 

P.Hikki bildirib ki, növbəti Oyunların Qərbi Avropada təşkilini istərdi: "EOC olaraq, siyasətimiz Oyunların coğrafi cəhətdən yayılmasını nəzərdə tutur". 

Bununla belə, EOC prezidenti deyib ki, II Avropa Oyunlarını Avropanın qərbində keçirmək alınmasa, Oyunları ən yaxşı saydıqları məkanda təşkil edəcəklər. 

Digər xəbərlər