“Minsk 2019”: Azərbaycan gimnastları finala yüksələ bilməyiblər

Azərbaycan gimnastları - Ruslan Ağamirov və İlya Qrişun “Minsk 2019” II Avropa Oyunlarında finala vəsiqə qazana bilməyib.

"Report"un məlumatına görə, gimnastikanın batut növündə fərdi yarışda mübarizə aparan idmançılardan Ağamirov 65,485 xalla 20-ci yeri tutub. Qrişun isə 56.860 xalla 23-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk 6 yeri tutan idmançılar finala yüksəlib. 

Digər xəbərlər