Bakı. 11 İyun. REPORT.AZ/ Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah iyunun 10-da Azərbaycana gəlib.
"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda şeyx Əhməd əl-Fahad Əl-Sabahı “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Əhməd əl-Sabah I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.