Bakı. 28 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişi voleybolçuların medal görüşlərinə start verilib. "Report"un məlumatına görə, ilk olaraq, Polşa və Rusiya milliləri 3-cü yer uğrunda görüşdə üz-üzə gəlir.
Saat 13:00-da isə Bolqarıstanla Almaniya yığmaları arasında final oyunu keçiriləcək.
Qeyd edək ki, qadın voleybolçuların mübarizəsində qalib adını finalda Polşanı 3:0 hesabı ilə yenən Türkiyə qazanıb. Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Serbiyaya uduzub - 2:3.