Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kamandan oxatma yarışları keçirilir. "Report"un məlumatına görə, qadınlar arasında fərdi yarışların qalibi müəyyənləşəcək.
İyunun 16-dan start götürən kamandan oxatma yarışlarına sabah yekun vurulacaq.
1/16 final mərhələsində Azərbaycan təmsilçisi Olqa Senyuk hədəfə düşməyə çalışacaq.