Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında medal qazanan kişi triatlonçuların mükafatlandırma mərasimi keçirilib. "Report"un məlumatına görə, mükafatları Monako Knyazı II Albert və Beynəlxalq Olimpiya Komitəsinin üzvü Marisol Kasado təqdim edib.
Onlar müvafiq olaraq ilk 3 yeri tutmuş böyük britaniyalı Qordon Benson, portuqaliyalı Joao Silva və azərbaycanlı Rostislav Pevtsova medal və xatirə hədiyyələri təqdim ediblər.