Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında atıcılıq yarışına start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə 3 medal dəsti öz sahibini tapacaq.
Azərbaycan atıcılıq yarışında 3 idmançı ilə təmsil olunacaq. Bunlar Əlimirzə Quliyev, Elvin İsmayılov və Alina Rəfixanovadır. Kişi atıcılar saat 10:30-da, A.Rəfixanova isə 11:25-də mübarizəyə qoşulacaq. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçiriləcək.
Qeyd edək ki, atıcılıq üzrə yarışlara iyunun 22-də yekun vurulacaq.