Bakı. 3 iyun. REPORT.AZ/ Velosiped idmanının şose və trek növləri üzrə olimpiya və dünya çempionu Marianna Vos "Bakı 2015" I Avropa Oyunlarında iştirak etməyəcək. "Report"un məlumatına görə, hollandiyalı idmançı apreldə qabırğasından aldığı zədənin hələ də narahat etməsini buna səbəb göstərib.
"Bu qərarı asanlıqla qəbul etmədim. Amma həqiqətən də məşq və yürüşlərə yenidən hazırlaşmaq üçün uzun zamana ehtiyacım var", deyə 28 yaşlı çempion öz "twitter" mikrobloqunda yazıb.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.